Yeni qiymətləndirmə sisteminin yaradılmasını zəruri edən amillər
ü Təhsil fəaliyyətinin səmərəlilik səviyyəsinin müəyyən edilməsi;
ü Təhsil standartlarının tələbata uyğunluğunun monitorinqinin həyata
keçirilməsi;
ü Ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə
edilməsi;
ü Təlim prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi.
Hüquqi –normativ sənədlər
üAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli,
9 nömrəli qərarı ilə təsdiq edilmiş "AZƏRBAYCAN RESPUBLİKASININ
ÜMUMi TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI"
ü Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.05.2011-ci il tarixli, 736
nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi TƏHSİL MƏKTƏBLƏRİNDƏ
VƏ İLK-PEŞƏ İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ
TƏHSİLALANLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YEKUN
DÖVLƏT ATTESTASİYASININ APARILMASI QAYDALARI"
İnformasiya nədir?
İnformasiya - termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır.İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir.
İnformasiya proseslərinə - informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın toplanması - öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. (məsələn: tərəzi, xətkeş, kompas, teleskop, mikroskop və s.
İnformasiyanın ötürülməsi - Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompüter vasitələri ilə aparılır.
İnformasiyanın saxlanması - İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və emalı - qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompüterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Beləliklə İnformasiyanı ötürənə informasiyanın mənbəyi, informasiyanı alana isə informasiyanın qəbuledicisi deyilir.
"Resurs"-vəsait, ehtiyat deməkdir. Resurslar Maddi və Qeyri- maddi resurslara ayrılır. Maddi resurslara əmək alətləri, maliyyə, enerji, xammal və s. aiddir. Qeyri-maddi resursların əsas hissəsini bəşəriyyətin topladığı bilik və mədəniyyət təşkil edir.
İnformasiya resurslarını insan yaradır və bu resurslar nəsildən-nəslə ötürülür. Ötürmək üçün insanlar bu resursları müəyyən formalarda və müxtəlif daşıyıcılarda saxlayırlar.
Məsələn ta qədim zamanlardan informasiyanı gələcək nəsillərə ötürmək üçün daş və qayaların, gil lövhələrin, perqamentin, kağızın üzərində yazaraq indiki nəslə ötürmüşlər.
Müasir cəmiyyətdə informasiya resurslarının bir qismi İnternet saytlarında yerləşdirilir. Kağızda saxlanılan resurslarda elektron informasiyaya çevrilir və onların sayı günü-gündən artır. Buna misal olaraq elektron jurnalları, qəzetləri, www.youtube.com saytında yerləşdirilən filmlər və nəhayət son vaxtlar İnternet televiziya kanalları göstərmək olar.
İnformasiya resursları arxivlər, muzeylər, kitabxanalar, elektron informasiya daşıyıcıları, vasitəsilə toplanılıb gələcək nəsillərə ötürülür.
Разместить материал
сразу