презентация Что такое информация?
İnformasiya nədir?
İnformasiya - termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir.
İnformasiya proseslərinə - informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın toplanması - öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. (məsələn: tərəzi, xətkeş, kompas, teleskop, mikroskop və s.
İnformasiyanın ötürülməsi - Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompüter vasitələri ilə aparılır.
İnformasiyanın saxlanması - İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və emalı - qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompüterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Beləliklə İnformasiyanı ötürənə informasiyanın mənbəyi, informasiyanı alana isə informasiyanın qəbuledicisi deyilir.
- Практическая работа «Управление Кузнечиком»
- История Снегурочки
- Интернет зависимость
- Word мәтіндік редакторында кесте құру
- Электронная почта. Практическая работа №4 «Работаем с электронной почтой»
- Операциялық жүйені басқарудың негізгі тәсілдері және объектілері
- Хранение информации. Файлы
- Информация. Информатика. Компьютер
- Компьютерные вирусы
- Интернетпен жұмыс
Выходные данные (библиографическая ссылка):
Гарибова Ш. Г. Что такое информация? // Международный каталог для учителей, учеников и преподавателей «Презентации» // URL: https://edupres.ru/prezentatsii-po-informatike/5-klass/file/3656-chto-takoe-informatsiya (дата обращения: 13.04.2026)